İranda qarşıdurma baş verib

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlı qrup arasında qarşıdurma baş verib.

Aznews.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, baş verən toqquşmada 4 hərbi qulluqçu həlak olub.

Açıqlamada, "Sərəvan çölü sərhəd bölgəsində bir terror qruplaşması ilə İnqilab Keşikçiləri Ordusu qüvvələri arasında baş verən qarşıdurmada leytenant Məhəmməd Quderzi və yarımhərbi qüvvələr (Besic) Rahimbahş Perkey, Hamidriza Abidi və Mahmudnik Hahzade həyatını itirib ".

Mövsüm