- Ermənistan və Gürcüstan
- 21 Dekabr 2022 13:00
- 7 783
İran və Səudiyyə Ərəbistanı arasında danışıqlar baş tutub
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ammanda Səudiyyə Ərəbistanından olan həmkarı Veysəl bin Fərhan ilə “iki ölkə arasında danışıqların davam etdirilməsi məsələsinin” müzakirə edildiyini bildirib.
Aznews.az xəbər verir ki,Hüseyn Əmir Abdullahiyan "Twitter" hesabından verdiyi açıqlamada İordaniyanın paytaxtı Ammanda keçirilən "2-ci Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransı" ilə bağlı qiymətləndirmələr edib.
"Mən İraqa dəstəyimizi bir daha təsdiqləmək üçün Bağdad-2 konfransında iştirak etdim. Bu görüş çərçivəsində bəzi həmkarlarımla, o cümlədən Oman, Qətər, İraq, Küveyt və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşmək imkanım oldu"-deyə Abdullahiyan bildirib.
Mövsüm