İranda 476 nümayişçi öldürülüb

Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) İranda nümayişlərdə həyatını itirənlərin sayının 476-ya yüksəldiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, İHR-nin internet saytında dərc edilən hesabatda həyatını itirən nümayişçilərdən 34-nün qadın, 64-nün isə 18 yaşdan kiçik olduğu bildirilib.

Ölkənin 31 əyalətindən 25-i ilə bağlı məlumatların yer aldığı hesabata görə, ən çox itki sünnilərin cəmləşdiyi Sistan-Bəlucistan əyalətində baş verib.

Mövsüm