- Ermənistan və Gürcüstan
- 30 Dekabr 2022 15:30
- 9 548
İran “Zülfikar 1401” adlı hərbi təlimə başlayıb
İran Silahlı Qüvvələri və İnqilab Keşikçiləri Ordusu quru, hava və dəniz qüvvələrinin iştirakı ilə Fars körfəzində “Zülfikar 1401” adlı hərbi təlimə başlayıb.
AzNews.az xəbər verir ki, bu barədə təlimin sözçüsü Əli Rza Şeyx məlumat verib.
O bildirib ki, hərbi təlim dünən axşam Fars körfəzinin Mekran sahilinə enişlə başlayıb.
"Hərbi təlimimiz ölkənin cənub-şərqini, Mekran sahillərini, Hörmüz boğazını, Gevater limanını və Ərəb dənizini əhatə edəcək formada başlayıb. Hər il keçirilən bu hərbi təlimlə bölgənin təhlükəsizliyini, sürətli məlumat mübadiləsini və təhlükəsizlik bölmələrinin hazırlığını yoxlayırıq", - deyə sözçü qeyd edib.
Əli Rza Şeyx əlavə edib ki, hərbi təlimlərdə pilotsuz uçuş aparatları, döyüş təyyarələri, helikopterlər, hərbi nəqliyyat təyyarələri və sualtı qayıqlar, o cümlədən komandolar və hava-desant qoşunlarından istifadə olunacaq.
O İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında düşmən hücumlarına qarşı müdafiə manevri həyata keçirdiyini deyib.
Pərvanə