Xoyda 4 bal gücündə zəlzələ olub

Xoy şəhərində 4 bal gücündə zəlzələ olub.

Aznews.az xəbər verir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.

Qeyd edək ki, yanvarın 18 və 28-də də İranın mütləq əksəriyyəti azərbaycanlıların yaşadığı Xoy əyalətində zəlzələ baş vermişdi.