- Ermənistan və Gürcüstan
- 20 Fevral 2023 07:38
- 8 237
İran uranı 84 faiz saflığa qədər zənginləşdirdiyi iddiasını rədd edir
Zənginləşdirmə prosesində 60%-dən çox uran hissəciklərinin olması uranın 60%-dən çox zənginləşdirildiyi mənasına gəlmir. İndiyə qədər biz 60%-dən çox zənginləşdirmə etməmişik.
Bunu İran Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi beynəlxalq mediada ölkəsinin 84% saf uranı zənginləşdirməsi ilə bağlı iddialara cavab verərkən deyib.
Kamalvəndi Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) "siyasi təzyiq vasitəsinə" çevrildiyini deyib: "Bu vəziyyət qurumun etibarını və nüfuzuna mənfi təsir edir".