- Ermənistan və Gürcüstan
- 6 Mart 2023 08:05
- 6 599
İranda daha onlarla məktəbli qız zəhərlənib
İranın müxtəlif əyalətlərində məktəblərdə təxminən 3 aydır müşahidə edilən kütləvi zəhərlənmə halları ilə bağlı araşdırmalar davam edir.
İRNA-nın məlumatına görə, Şimali Xorasan, Fars, Rezevi Xorasan, İsfahan, İlam və Xuzistan əyalətlərində yeni zəhərlənmə halları qeydə alınıb.
Şimali Xorasan Təhsil Baş direktoru Ebulkasim Əkbəri Bocnurd əyalətində iki məktəbdən 46 qız şagirdin zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Əkbəri tələbələrin ürəkbulanma, halsızlıq, başgicəllənmə kimi şikayətlərinin olduğunu və vəziyyətlərinin yaxşı olduğunu bildirib.