İran səsdən 8 dəfə sürətli ballistik raket istehsal etdiklərini açıqlayıb

İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri səs sürətindən 8 dəfə daha sürətli hipersəs ballistik raket istehsal etdiklərini açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri məlumat yayıb.

Ballistik raket istehsalında ciddi irəliləyiş əldə etdiklərini bildirən Məhəmməd Baqeri, "Belə sürətlə ballistik raketlər istehsal etməklə bu gücə sahib 3 ölkədən biri olduq" -deyə qeyd edib.

Hipersəs ballistik Raket sınaqlarının müvəffəqiyyətlə keçdiyini qeyd edən Baqeri, kütləvi istehsala başladıqlarını ifadə edərək, "Bu raket sayəsində dənizlərdə 1000 kilometr radiusda təhlükəsizlik sahəsi yaradacağıq" -deyə vurğulayıb.

Baqeri istehsal edilən hipersəs ballistik raketin uçuş məsafəsinin 1500 kilometr olduğunu bildirib.

Mövsüm