- Ermənistan və Gürcüstan
- 9 Mart 2023 12:22
- 7 623
Gürcüstanda xalqı küçələrə çıxaran qanun layihəsi geri götürülüb
Gürcüstan iki gecə davam edən şiddətli etirazlardan sonra mübahisəli “xarici agentlər” qanun layihəsini geri götürüb.
"Biz dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürürük", - "Gürcü Arzusu" partiyasının bəyanatında deyilir.
Gürcüstanda “xarici təsirin şəffaflığı haqqında” qanunun təsdiqlənməsinə etiraz edən nümayişçilər Parlament binasını mühasirəyə almağa cəhd edərkən, təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qaz və şırnaqdan istifadə etməklə dağıdılıb.
Qanunda nəzərdə tutulurdu ki, KİV və qeyri-hökumət təşkilatları maliyyələrinin 20 faizindən çoxu xarici mənbələrdən əldə edilərsə, onlar “xarici agent” kimi qeydiyyata alınacaqlar.
Müxaliflər isə qanunun ölkəni Avropa Birliyinə üzvlükdən uzaqlaşdıracağını müdafiə edirdilər .
Mövsüm
Aznews.az