İranda Novruz bayramında yol qəzalarında 821 nəfər ölüb

İranda Novruz bayramında baş verən yol qəzalarında 821 nəfər ölüb.

AzNews.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Kamal Hadiyanfer məlumat verib.

Bildirib ki İranda 19 günlük Novruz bayramı zamanı şəhərlərarası yollarda baş verən yol qəzalarında 16 minə yaxın insan yaralanıb.

O qeyd edib ki, 15 mart-3 aprel tarixlərinə təsadüf edən bayram günlərində yol hərəkəti 40 faiz artıb.