- Ermənistan və Gürcüstan
- 6 Aprel 2023 12:37
- 8 971
İran və Səudiyyə Ərəbistanından münasibətləri yaxşılaşdırır
İran və Səudiyyə Ərəbistanı səfirliklərinin açılması, iki ölkə arasında uçuşların bərpası və qarşılıqlı vizaların asanlaşdırılması barədə razılığa gəliblər.
Aznews.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan Çinin paytaxtı Pekində görüşüblər.
Tehran və Ər-Riyad arasında son 7 ildə xarici işlər nazirləri səviyyəsində keçirilən ilk rəsmi görüşdən sonra yayılan birgə bəyanatda iki ölkə bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib.İki ölkə arasında imzalanan birgə bəyanatda nəzərdə tutulan iki aylıq müddət ərzində (may ayına qədər) Tehran və Ər-Riyaddakı səfirliklərin, habelə Məşhəd və Ciddədəki konsulluqların yenidən açılması üçün lazımi hazırlıqların görülməsi razılaşdırılıb.
Açıqlamaya görə, rəsmi və özəl sektor nümayəndə heyətlərinin uçuşlarının və ikitərəfli səfərlərin bərpası, eləcə də iki ölkə vətəndaşları üçün qarşılıqlı viza rejiminin sadələşdirilməsi razılaşdırılıb.
Mövsüm