- Ermənistan və Gürcüstan
- 10 Aprel 2023 08:59
- 10 038
İranın nümayəndə heyəti Səudiyyə Ərəbistanına gedəcək
İranın həftənin sonuna kimi 2 ayrı nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanına gedəcəyi gözlənilir.
AzNews.az xəbər verir ki, səfər Səudiyyə Ərəbistanında səfirlik və konsulluq açmaq üçün baş tutacaq.
İranın Xarici İşlər Nazirliyinin Fars körfəzinin baş direktoru Əli Rza Enayeti Səudiyyə Ərəbistanı ilə ilkin məsləhətləşmələrin aparıldığını bildirib.
"Bütün inzibati işlər tamamlanıb. Həftənin sonuna qədər nümayəndə heyətinin Səudiyyə Ərəbistanına yola düşəcəyi gözlənilir", - o qeyd edib.