- Ermənistan və Gürcüstan
- 14 Aprel 2023 17:15
- 15 511
İranda minlərlə insan “Qüds günü” yürüşlərində iştirak edib
Fələstin xalqına dəstək məqsədilə hər Ramazan ayının son cümə günü İranda keçirilən “Ümumdünya Qüds Günü” yürüşlərində minlərlə insan iştirak edib.
Aznews.az xəbər verir ki, İranın paytaxtı Tehranda hər il Ramazan ayının son cümə günü keçirilən “Ümumdünya Qüds Günü ” yürüşlərində minlərlə insan iştirak edib .
Fələstinin İsrailə qarşı müqavimətinə dəstək vermək üçün küçələrə çıxan xalq “Lənətə gəlsin İsrail” və “Lənətə gəlsin Amerika” şüarları səsləndirərək, Fələstin, Livan və müqavimət qruplarının bayraqlarını qaldırıblar. Nümayişçilər əllərində “Fələstin azad olacaq” və “Biz sizə düşündüyünüzdən də yaxınıq” sözləri yazılmış plakatlar tutublar.
Tehranda İnqilab Meydanında insanların toplaşdığı bir binanın üzərinə asılan Məscidül-Əqsa və müsəlman ölkələrinin bayraqlarının əks olunduğu pankartda “Ən çox 17 ildən sonra Qüdsdə olacağıq” şüarı diqqət çəkilib.
Mövsüm