İran Səudiyyə kralını ölkəsinə dəvət edib

Çinin vasitəçiliyi ilə münasibətlərini normallaşdırmağa qərar verən Səudiyyə Ərəbistanı ilə İran arasında buzlar get-gedə əriyir.

Aznews.az xəbər verir ki,İran Xarici İşlər Nazirliyi dünən iki ölkə arasında münasibətlərin yaxınlaşması fonunda Tehranın Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl Səudu İrana dəvət etdiyini açıqlayıb.

Bundan əvvəl Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl Səud da İran prezidenti İbrahim Rəisini Ər-Riyada dəvət edib və Tehran bu dəvətə müsbət cavab verib. Digər tərəfdən, İranın yarı-rəsmi Xəbər agentliyi Tasnim iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olaraq mayın 8-dək qarşılıqlı səfirlərin təyin ediləcəyini bildirib.

Qeyd edək ki, İki ölkənin xarici işlər nazirləri şahzadə Feysəl bin Fərhan və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan aprelin 6-da son 7 ildə ilk dəfə Çində görüşüblər.

Mövsüm