İran, İsveçin İnqilab Keşikçiləri Korpusunun "terror" siyahısına salınması qərarına münasibət bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani İsveç Parlamentinin, Avropa İttifaqının İran İnqilabı Keşikçiləri Korpusunun terrorçu qruplar siyahısına salınması qərarını dəstəkləyən qanun layihəsini təsdiq etməsini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

"İsveç parlamentinin qərarı İranın terrorçu hesab etdiyi ünsürlərin təsiri altında qəbul etdiyi qərardır", - Kenani açıqlamasında bildirib.

Sözügedən təşəbbüsün İranın suveren hüquqları və təhlükəsizliyinə hücum olduğunu müdafiə edən Kenani, "Bu qərar beynəlxalq hüquqa, o cümlədən suverenlərin bərabərliyi və daxili işlərə qarışmamaq prinsipinə ziddir" ,-deyə qeyd edib.

Kenani qeyd edib ki, İran administrasiyası İsveç parlamentinin qərarını şiddətlə pisləyir.

Qeyd edək ki, İsveç parlamenti dünən İran İnqilab Keşikçiləri Ordusunun “Avropa İttifaqının terrorçu qruplar siyahısı”na daxil edilməsini dəstəkləyən qanun layihəsini təsdiqləyib.

Mövsüm

Aznews.az