İran İsveçli AB əməkdaşının saxlanmasını təsdiqləyib

İran İsveçin Avropa İttifaqının (Aİ) əməkdaşı Yohan Floderusun ölkədə saxlanıldığını təsdiqləyib.

Aznews.az xəbər verir ki, Məhkəmə Hakimiyyətinin sözçüsü Məsud Setayeşi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Setayeşi, İsveçin "AB-nin əməkdaşı diplomat Yohan Floderusun 500 gündür İranda saxlanıldığı" ifadəsi ilə bağlı suala belə cavab verib:“Bu İsveç vətəndaşı İran ərazisində törətdiyi cinayətlə bağlı ilkin araşdırmadan sonra məhkəmənin qərarı ilə həbs edilib. Onun işi ilə bağlı prokurorluqda aparılan hərtərəfli araşdırmanın nəticələri yaxın günlərdə səlahiyyətli məhkəməyə göndəriləcək".

Setayeşi Aİ rəsmisinə qarşı ittihamlar barədə məlumat verməyib.

Mövsüm