Ermənistan XİN rəsmisi vasitəçisiz görüşləri pozmaq üçün zəmin hazırlayır

“Azərbaycanla danışıqlarda vasitəçilərin iştirakının məcburi olduğu məsələlər var”.

“Report” “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan noyabrın 23-də parlamentdə jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, vasitəçilərin iştirakının çox mühüm rol oynadığı məsələlər var. Onun sözlərinə görə, bəzi məsələlərdə beynəlxalq mexanizmlərin olması vacibdir: “Zəmanətlərin vacib olduğu başqa məsələlər də var”.

Qeyd edək ki, noyabrın 21-də Azərbaycan XİN Ermənistana vasitəçisiz görüş keçirməyi təklif edib. Bunun ardınca, noyabrın 22-də Ermənistan tərəfi görüşlərə hazır olduğunu bildirdi və elan etdi ki, noyabrın 30-da sərhədlərin delimitasiyası üzrə görüş baş tutacaq.

M. Safaryan bu açılqması ilə əslində hiyləgərlik etdiklərini gizlətmir. Ermənistandan qovularaq zorla vətəndaşlıqdan mərhum edilmiş qərbi azərbaycanlıların repatrasiyasını “qeyri -konstruktiv yanaşma” sayan nazir müavini Qarabağdan köç edən erməni sakinlərin məsələsini üçüncü tərəfin iştirakı ilə müzakirə etməyi vacib sayır. Bu, rəsmi İrəvanın təkbətək, birbaşa görüşləri perspektivdə pozmaq üçün əsas hazırlaması deməkdir.