Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb

Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.

Aznews.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Bu gün 7 iyundur. Ermənistanın növbəti parlament seçkilərinə düz bir il qalıb. Seçki 2026-cı il iyunun 7-də keçiriləcək", - A.Simonyan bildirib.