- Ermənistan və Gürcüstan
- 17 İyun 19:02
- 1 867
Rusiyalı iş adamı Samvel Karapetyan İrəvanda tutulub

Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.
Aznews.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, onun avtomobilləri evinin önündən götürülüb.
Ermənistanın Daxili İşlər Nazirliyi isə həbs edilənlərlə bağlı məlumat versə də, Karapetyanın da onların arasında olub-olmadığına aydınlıq gətirilməyib.
Qeyd edək ki, hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:
“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.
Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.