- Ermənistan və Gürcüstan
- 13:07
- 972
Ermənistan parlamentində dava düşüb

Ermənistan parlamentində Təhlükəsizlik Xidmətinin əməkdaşları, deputatlar və onların köməkçilərinin iştirakı ilə əlbəyaxa dava olub.
Bu barədə Sputnik Ermənistan agentliyinin Telegram kanalında məlumat verilib.
Müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Sarkisyanın çıxışından sonra vəziyyət gərginləşib. Onların “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamaq” cəhdinə görə toxunulmazlığından məhrum etmək və həbs etmək istədikləri dəqiqləşdirilir. Nəticədə parlamentdə dava düşüb, bundan sonra Təhlükəsizlik Xidməti zala daxil olub.
“Deputatın çıxışından dərhal sonra evə gedib orada qərarı gözləmək niyyətində olduğunu deyəndə, hökumətyönlü “Mülki müqavilə” fraksiyasının üzvü Vahe Qalumyan qaçıb və dava başlayıb”, - məlumatda deyilir.
Mövsüm,
AzNews.az