- Ermənistan və Gürcüstan
- 14:43
- 1 197
Ermənistanda terrorçuluqda şübhəli bilinən 7 nəfər saxlanılıb

Ermənistanda terrorçuluqda şübhəli bilinən daha 7 nəfər saxlanılıb.
Bu barədə Respublika İstintaq Komitəsinin (İK) mətbuat xidməti məlumat yayıb.
“Hazırda 7 nəfər saxlanılıb, onlardan biri Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsi (“Terrorçuluğa hazırlıq”) ilə ittiham olunub”, - deyə idarənin saytında bildirilir .
Bildirilir ki, genişmiqyaslı istintaq-əməliyyat və prosessual hərəkətlər və axtarışlar zamanı məsafədən işə salınan elektrik detonatoru və onun komponentləri, döyüş qumbarası, döyüş qumbaraatası detonatoru, barıt, radiorabitə vasitələri və istintaqı maraqlandıran digər əşyalar aşkar edilib.
Mövsüm,
AzNews.az