- Ermənistan və Gürcüstan
- 11 İyul 20:31
- 3 153
Paşinyan və komandası Gorusdadır: Restoranda qapalı görüş keçirilir

Ermənistanın "Vətəndaş müqaviləsi" partiyasının rəhbərliyi baş nazir Nikol Paşinyanın başçılığı ilə Gorus şəhərinə gəlib. Hazırda onlar “Lastikal” restoran kompleksində qapalı görüş keçirirlər.
AzNews.az xəbər verir ki, bu barədə NEWS.am saytının müxbiri məlumat yayıb.
Baş nazir Paşinyanla birlikdə görüşə bir sıra nazirlər də qatılıb: müdafiə naziri Suren Papikyan, iqtisadiyyat naziri Gevorq Papoyan, xarici işlər naziri Ararat Mirzoyan və səhiyyə naziri Anahit Avanesyan. Görüşdə həmçinin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyan və parlamentin hakim partiyanı təmsil edən bir neçə deputatı iştirak edir.
Qeyd edək ki, partiyanın Sünikdə keçirəcəyi rəsmi toplantı sabah baş tutacaq, lakin rəhbərlik rayona bir gün əvvəl gəlib. Görüşün keçirildiyi restoran ərazisində gücləndirilmiş polis nəzarəti var, ərazidə Patrul Xidmətinin əməkdaşları da xidmət aparır.
Görüş iştirakçılarını Milli Məclisin deputatı Armen Xaçatryan və Sünik vilayətinin qubernatoru qarşılayıb. Maraq doğuran məqamlardan biri isə Gorusda keçirilən bu görüşə şəhərin meri Aruş Aruşanyanın dəvət olunmamasıdır – o tədbirdə iştirak etmir.
AzNews.az