- Ermənistan və Gürcüstan
- 13:21
- 980
Nikol Paşinyan Zəngəzur dəhlizinin idarəetməsinin özəl şirkətə verilməsini istisna etməyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Naxçıvana Sünikdən keçən yolun (Zəngəzur dəhlizi - red.) idarəsinin özəl şirkətə verilə biləcəyini istisna etməyib.
N.Paşinyan bu barədə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, idarəetmənin verilməsi məsələsində hazırda bir neçə oxşar hal var.
"Məsələn, "Zvartnots" hava limanının idarəetməsi həvalə edilib. Hesab etmirəm ki, burada Ermənistanın yurisdiksiyası və ya ərazi bütövlüyü hər hansı şəkildə pozulub", - N.Paşinyan qeyd edib.
Report