Paşinyan: “Biz dördüncü respublikanı sülh üzərində qururuq”

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə yeni mərhələyə qədəm qoyur.

O, “Telegram” kanalında yazıb ki, “Dördüncü respublika” artıq münaqişə deyil, sülh məntiqi üzərində qurulacaq.

“Üçüncü respublika münaqişə məntiqi üzərində qurulmuşdu, biz isə sülh məntiqi üzərində dördüncü respublikanı yaradırıq”, – Paşinyan bildirib.

Paşinyan daha əvvəl də dərin siyasi və institusional islahatlar aparmaq, həmçinin ölkənin xarici siyasət kursunu sülh istiqamətinə dəyişmək niyyətində olduğunu bildirmişdi.

Mövsüm,

AzNews.az