Ermənistanda kilsədə qətl olub

Ermənistanın Kotayk vilayətində kilsədə qətl hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Xəbərə görə, 57 yaşlı şəxs bıçaqlanaraq öldürülüb.

Hadisə dini mərasim zamanı baş verib. Şübhəli kimi 28 yaşlı gənc saxlanılıb, onun psixi xəstə kimi qeydiyyatda olduğu bildirilir.