Ermənistanda Apostol Kilsəsinin 8 ruhanisi saxlanılıb

Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının saxlanılan ruhanilərinin sayı səkkizə çatıb.

Bu barədə vəkil Marina Farmanyan məlumat verib.

Onun sözlərinə görə, hazırda İstintaq Komitəsində şahid qismində altı keşiş var. Bundan əlavə, keşiş Ambarstum Danielyan da quruma gətirilib.

“İki keşiş — Narek Sarkisyan və Sarkis Sarkisyanla bağlı isə məlumat yoxdur. Onları saxlayıblar, amma hara aparıldıqları bilinmir. Ola bilsin, onları da İstintaq Komitəsinə gətirirlər, amma hələlik təsdiq yoxdur”, — deyə Farmanyan “Sputnik Ermənistan”a bildirib.

Mövsüm,

AzNews.az