Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək

21-22 oktyabr tarixlərində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri əsasında formalaşan sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.