- Ermənistan və Gürcüstan
- 18:19
- 1 800
Paşinyan: Türkiyə ilə sərhədləri açmağa çalışırıq

Türkiyənin şərq sərhədində münasibətlər normallaşır.
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın ev sahibliyi etdiyi “Tbilisi İpək Yolu 2025” Forumunun açılışında çıxış edib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze, Azərbaycanın baş naziri Əli Əsədov, gənclər və idman naziri Osman Aşkın Bak, nəqliyyat və infrastruktur nazirinin müavini Osman Boyraz və müxtəlif ölkələrdən 2000-ə yaxın rəsmi şəxsin iştirak etdiyi tədbirdə çıxış edən Paşinyan forumda iştirakdan məmnunluğunu ifadə edib.
Paşinyan avqustda ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli zirvə görüşündən sonra Azərbaycanla sülh sazişini parafladıqlarını xatırladıb və regional sülhün təmin olunması üçün mühüm işlər gördüklərini bəyan ediblər.
Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistan yüklərinin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərar verib və Əliyevə təşəkkür edib.
Paşinyan Türkiyə ilə sərhədlərin açılması üçün çalışdıqlarını bildirərək, "Məmnuniyyətlə bildirirəm ki, Türkiyə ilə ölkəmiz arasında sərhədlərimizin açılmasına imkan yaradacaq müsbət dialoq var. Mən təsdiq etmək istərdim ki, biz bu gündən etibarən təkcə siyasi deyil, həm də texniki baxımdan yüklərin keçməsinə icazə verməyə hazırıq. Bunu mübaliğəsiz deyirəm: bu gündən etibarən biz Ermənistan Respublikasının ərazisindən istifadə edərək avtomobil daşıya bilərik " .
Paşiyan Türkiyənin Azərbaycan və Ermənistan arasında yük daşımalarına siyasi cəhətdən hazır olduğunu vurğulayaraq, bunları qeyd edib:
İnfrastruktur olmadığından biz hələ texniki cəhətdən hazır olmasaq da, siyasi baxımdan Naxçıvan Muxtar Respublikası ərazisindən dəmir yolu çıxışını təmin etməyə hazırıq.
Əminəm ki, yaxın iki-üç il ərzində texniki məsələlər öz həllini tapacaq, Azərbaycandan Ermənistana, Naxçıvandan və Türkiyədən keçən elektrik şəbəkəsi yaradılacaq. Bu yol və rəqəmsal infrastruktur hazırda dialoq predmeti olan üçtərəfli layihə çərçivəsində inkişaf etdiriləcək.
Mövsüm,
AzNews.az