Biz sülh sazişinin imzalanmasının yeri və vaxtı barədə dərhal Azərbaycan tərəfi ilə məsləhətləşmələrə başlamağa hazırıq.
Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə bu gün xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.
“Ümid edirəm ki, yaxın gələcəkdə proseslər elə gedəcək ki, biz sülhün institutlaşması, imzalanması və sonra ratifikasiyası istiqamətində addım atacağıq. Bir çox komponent var, suallar var, demarkasiyadan tutmuş humanitar məsələlərə qədər olan istiqamətlər var”, - Mirzoyan qeyd edib.