Paşinyan Fransada Makronla görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüş Paşinyanın Fransaya işgüzar səfəri çərçivəsində baş tutub.

Səfər çərçivəsində Paşinyan 8-ci Paris Sülh Konfransında iştirak edib.

Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında keçən görüş zamanı iki ölkə arasında əməkdaşlıq prespektivləri ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, regional əhəmiyyətli “Tramp” marşurutunun və digər kommunikasiyaların açılması üçün görülən işlər barəsində fikir mübadiləsi aparılıb.

Paşinyan bu isitqamətdə həyata keçirilən işlərin gedişi barədə Fransa Prezidentinə məlumat verib.

AzNews.az