Tbilisidə son beş gündə 29 etirazçı saxlanılıb

Son beş gün ərzində Tbilisidə Rustaveli prospektini qanunsuz olaraq bağladıqlarına görə 29 etirazçı saxlanılıb.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, etirazçılar patrul polisi əməkdaşlarının qanunsuz hərəkətlər etməmək və yolu bağlamamaq barədə çoxsaylı çağırışlarına tabe olmayıblar, iştirakçı sayı az olsa da, nümayişçilər yenidən Rustaveli prospektini bağlayaraq nəqliyyatın hərəkətinə süni şəkildə mane olublar.

DİN bir daha aksiya iştirakçılarını qeyri-qanuni hərəkətlərə yol verməməyə çağırıb, əks halda bütün qayda pozanların müəyyən edilərək onlara qarşı müvafiq hüquqi tədbirlərin görüləcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 17-dən Gürcüstanda aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilib. Aksiya zamanı yolun qanunsuz olaraq bağlanılmasına görə 15 sutkalıq inzibati həbs tətbiq olunur.