- Ermənistan və Gürcüstan
 - 11:55
 - 1 569
 
Paşinyan: Ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər
            Ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər.
Aznews.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Orbeli Forumunda çıxışında deyib.
“Ermənistan və Azərbaycan arasında psixoloji münaqişə davam edir, lakin siyasi cəhətdən artıq bitib. Fakt budur ki, sülh hər iki ölkə üçün tanış olmayan bir anlayışdır. Sosial və psixoloji qavrayışları tək bir qərarla dəyişdirmək mümkün deyil”, - o əlavə edib.