Paşinyanın müavini: Rusiya taxılı Azərbaycandan keçməklə tezliklə Ermənistana çatacaq

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Mqer Qriqoryan “Armenpress”ə bildirib.

Onun sözlərinə görə, Rusiya taxılı tezliklə Ermənistana çatacaq.

“Bu dəqiqə Rusiyadan Ermənistana taxıl aparan qatar artıq Azərbaycan ərazisindən Gürcüstana doğru keçir. Rusiya taxılını daşıyan qatar tezliklə Ermənistana gələcək. Azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirirəm. Qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəminin irəliləməsi baxımından bu hadisə böyük əhəmiyyət kəsb edir. ”, - Qriqoryan qeyd edib.