Kobaxidze: Azərbaycan-Ermənistan sülh sazişi son dərəcə vacibdir

Azərbaycanla Ermənistan arasında sülh sazişi son dərəcə vacibdir.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “TRT World” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, son 35 ildə Gürcüstan bölgədə sülhün bərqərar olunmasında çox mühüm rol oynayıb.

“Gürcüstan Ermənistan və Azərbaycan üçün çox önəmli rol oynamaqda davam edir”, - Kobaxidze əlavə edib.