- Ermənistan və Gürcüstan
- 18:37
- 1 635
Gümrü şəhərinin həbs edilmiş merinin oğlu naməlum istiqamətə aparılıb
Ermənistanın Gümrü şəhərinin həbs edilmiş meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan naməlum istiqamətə aparılıb.
Aznews.az xəbər verir ki, bu barədə “Armlur” məlumat yayıb.
Məlumata görə, Spartak Qukasyan ilkin olaraq Şirak vilayəti üzrə istintaq şöbəsinə çağırılıb. Lakin o, şöbəyə yaxınlaşdıqda maskalı hüquq-mühafizə əməkdaşları tərəfindən əhatəyə alınaraq naməlum istiqamətə aparılıb.
Hadisənin detalları və Qukasyanın hazırda harada olduğu barədə məlumat verilməyib.
Aznews.az