Koçinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinə qarşı çıxanlar xarici casuslardır

Ölkəmizdə Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına qarşı çıxanlar ya xarici agentlər, ya da uzaqgörən olmayanlar şəxslərdir.

Aznews.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfər edən Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi Areq Koçinyan bildirib.

"Öz siyasi məqsədlərinə çatmaq üçün tərəflər arasında mövcud olan incikliyi, inamsızlığı və müəyyən dərəcədə qorxunu bu məsələdə istifadə etməyə çalışan şəxslər var. Bu, iyrənc bir hadisədir. Hesab edirəm ki, hazırda Ermənistanın siyasi sahəsində Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə nizamlanmasına qarşı çıxan hər kəs ya xarici agentdir, ya da nə danışdığını bilməyən anormal şəxsdir", - deyə o bildirib.