Özünü buraxan qondarma “DQR”in İrəvandakı “nümayəndəliyi”ndə axtarış aparılır

Özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi”ndə təxminən bir saatdır axtarış aparılır.

Aznews.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı bəzi sənədləri axtarır.

Axtarışın məhkəmə qərarı ilə aparıldığı bildirilir. Eyni zamanda, kompüterlərdəki məlumatların araşdırıldığı qeyd olunub.

İstintaq Komitəsindən bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq hərəkətləri aparılır.