Bu vəzifəyə Corc Dik təyin edilib. Bu vəzifəyə Corc Dik təyin edilib.
  • Paytaxt
  • 16 Noyabr 2018 09:54
  •  2 646

İsrail Azərbaycana yeni səfir təyin etdi

Bu vəzifəyə Corc Dik təyin edilib.

İsrail Xarici İşlər Nazirliyi Azərbaycana yeni səfir təyin olunduğunu elan edib.

Bu vəzifəyə Corc Dik təyin edilib.

O, 2015-ci ilin avqustundan etibarən İsrailin Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edən Dan Stavı əvəzləyəcək.

C.Dik daha əvvəl İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Yuval Rotemin böyük məsləhətçisi kimi çalışıb.

İsrail KİV-nin yazdığına görə, ölkə tarixində ilk dəfə səfir postuna xristian ərəb təyin olunub.

Qeyd edək ki, C.Dik nazirlikdə 2008-ci ildən işə başlayıb, ardından 2009-2012-ci illərdə İsrailin Nigeriyadakı, 2012-2015-ci illərdə isə Norveçdəki missiyasının rəhbərlərinin müavini olub.(report.az)

© AzNews.az