İmişlidə 54 və Şamaxıda 36 mənzilin inşası başa çatdırılacaq İmişlidə 54 və Şamaxıda 36 mənzilin inşası başa çatdırılacaq
  • Paytaxt
  • 17 Noyabr 2018 17:12
  •  1 860

Bu il şəhid ailələri və müharibə əlillərinə ümumilikdə 583 mənzil və fərdi ev veriləcək

İmişlidə 54 və Şamaxıda 36 mənzilin inşası başa çatdırılacaq

"Bu ilin avqust ayında Qaradağ rayonunda şəhid ailələrinə və müharibə əlillərinə, ümumilikdə, 35 mənzil və fərdi ev verilib".

Bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, bu ilin sonuna kimi şəhid ailələri və müharibə əlilləri üçün Qaradağ rayonunda 200, Zabrat qəsəbəsində 95, Mehdiabad qəsəbəsində 72 və Müşfiqabad qəsəbəsində 24 mənzil satın alınacaq: "Bundan başqa, İmişlidə 54 və Şamaxıda 36 mənzilin inşası başa çatdırılacaq".

Nazir qeyd edib ki, bu il şəhid ailələri və müharibə əlilləri üçün regionlarda 67 fərdi evin inşası başa çatdırılacaq.

S.Babayev əlavə edib ki, cari ildə bu kateqoriyadan olan şəxslərə verilən mənzillərin sayı 583-ə çatdırılacaq: "Mənzillərin Qaradağ, Zabrat, Mehdiabad, Müşfiqabad, İmişli və Şamaxıda olması planlaşdırılır. Noyabr ayının 25-dən bu mənzillərin paylanılmasına başlanacaq". (report)

© AzNews.az