• Paytaxt
  • 6 Aprel 2019 11:22
  •  2 162

İlham Əliyev və Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - 10 milyonuncu sakinə görə

Bu haqda məlumatı Prezidentin mətbuat xidməti yayıb

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideynlərini təbrik edirlər. (AZƏRTAC)