Birinci vitse-prezident Təzə Pir məscidinə gəlib Birinci vitse-prezident Təzə Pir məscidinə gəlib
  • Paytaxt
  • 15 Oktyabr 2019 17:26
  •  2 372

Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib

Birinci vitse-prezident Təzə Pir məscidinə gəlib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva akademik Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəlib.

Mehriban Əliyeva Vasim Məmmədəliyevin ailə üzvləri ilə görüşüb, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verib.

AzNews.az

image description image description image description