- Paytaxt
- 24 Fevral 2020 18:06
- 18 955
Prezident İlham Əliyev Küveyt əmirini təbrik etdi
Azərbaycan-Küveyt münasibətlərinin inkişafı xalqlarımız arasındakı əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.
AzNews.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm".