TƏBRİK TƏBRİK
  • Paytaxt
  • 22 May 2020 20:37
  •  3 786

İspaniya Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

TƏBRİK

İspaniya Kralı VI Felipe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramının qeyd olunması münasibətilə Zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz”.