Prokurorluq orqanlarında yeni təyinatlar olub Prokurorluq orqanlarında yeni təyinatlar olub
  • Paytaxt
  • 10 İyul 2020 13:30
  •  4 527

Keçmiş deputatın oğluna vəzifə verildi

Prokurorluq orqanlarında yeni təyinatlar olub

AzNews.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elgiz Qənizadə Nərimanov rayon prokurunun müavini, Vüqar Hüseynov Suraxanı rayon prokurorunun müavini və Kənan Əliyev Nəsimi rayonun prokurorunun müavini vəzifələrinə təyin edilib.

Qeyd edək ki, Nərimanov rayon prokurorunun müavini təyin edilmiş E.Qənizadə sabiq millət vəkili Çingiz Qənizadənin oğludur.