Dövlət Xidməti məlumat yayıb Dövlət Xidməti məlumat yayıb
  • Paytaxt
  • 21 İyul 2020 16:30
  •  7 238

Döyüşlərdə iştirak üçün müraciət edənlərin sayı 50 mini keçib

Dövlət Xidməti məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 50500-ə yaxın vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada, həmçinin Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gələrək respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək haqqında könüllü olaraq öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar.

AzNews.az xəbər verir ki, bu barədə SHXÇDX məlumat yayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərdikləri yüksək vətənpərvərliyə görə vətəndaşlarımıza bir daha təşəkkürünü bildirir.