Bununla bağlı sərəncam imzalanıb Bununla bağlı sərəncam imzalanıb
  • Paytaxt
  • 2 İyul 2021 09:27
  •  5 164

Prezident DİN-in 4 polkovnikinə general-mayor rütbəsi verdi

Bununla bağlı sərəncam imzalanıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Əlaslan Qaçay oğlu Ağayevə

polis polkovniki İslam Möhsüm oğlu Hümbətova

polis polkovniki Əkbər Məcid oğlu İsmayılova

polis polkovniki Əbülfət Əhəd oğlu Rzayevə.