XİN başçısı Belqrad şəhərinə yola düşüb XİN başçısı Belqrad şəhərinə yola düşüb
  • Paytaxt
  • 10 Oktyabr 2021 18:40
  •  4 521

Ceyhun Bayramov Belqradda Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Tədbirində iştirak edəcək

XİN başçısı Belqrad şəhərinə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Tədbirində iştirak etmək məqsədi ilə Belqrad şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun, həmçinin Serbiya Respublikasının xarici işlər naziri və digər rəsmilər ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.