Dövlət başçısı, həmçinin Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə də təbrik məktubu göndərib Dövlət başçısı, həmçinin Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə də təbrik məktubu göndərib
  • Paytaxt
  • 4 Dekabr 2021 15:03
  •  4 317

Prezident İlham Əliyev Tailand dövlət başçısını təbrik edib

Dövlət başçısı, həmçinin Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə də təbrik məktubu göndərib

Prezident İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vaciralonqkorn Bodindradebayavaranqkuna təbrik məktubu göndərib.

Aznews.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

***

Dövlət başçısı, həmçinin Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə də təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".