- Dünyanın halı
- 14:52
- 793
Çin Yaxın Şərqdə atəşkəs səylərini davam etdirəcəyini bildirib
Çin Xarici İşlər naziri Vanq Yi çərşənbə günü bildirib ki, Yaxın Şərqdə atəşkəs və döyüşlərə son qoymaq üçün vasitəçilik səylərini davam etdirəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vanq müharibənin heç vaxt baş verməməli olduğunu və onun davam etməsi üçün heç bir səbəb olmadığını qeyd edib.
O, bu sözləri Pekində BƏƏ prezidentinin Çin üzrə xüsusi nümayəndəsi Xaldun Əl Mübarəklə görüşündə deyib.
Bəyanatda deyilir ki, Vanq həmçinin Birləşmiş Ərəb Əmirliklərinin suverenliyini və təhlükəsizliyini qorumaqda onlara dəstəyini ifadə edib.
Mövsüm,
AzNews.az