- Paytaxt
- 8 Aprel 2022 21:58
- 6 424
Ceyhun Bayramov britaniyalı həmkarı ilə Brüssel görüşünü müzakirə edib
Xarici İşlər Nazirliyindən verilən məlumata görə...
8 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.
Aznews.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.